Somalidə ABŞ səfirliyinin yerləşdiyi məhəllə atəşə tutulub, yaralananlar var

Somalidə ABŞ səfirliyinin yerləşdiyi məhəllə atəşə tutulub, yaralananlar var Partlayış nəticəsində yaralananların sayı məlum deyil
Digər ölkələr
9 Mart , 2021 16:48
Somalidə ABŞ səfirliyinin yerləşdiyi məhəllə atəşə tutulub, yaralananlar var

Somalinin paytaxtı Moqadişoda bəzi qərb dövlətləri və beynəlxalq təşkilatların nümayəndəlikləri yerləşən məhəllənin minaatanlardan atəşə tutulması nəticəsində yaralananlar olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, diplomatlar məhəlləsində bir neçə mərmi partlayıb. Partlayış nəticəsində yaralananların sayı məlum deyil.

Maqodişonun cənubunda beynəlxalq hava limanına yaxın olan Halan adlanan düşərgədə ABŞ səfirliyi də yerləşir.

Hücum Somalidə federal və regional hakimiyyət nümayəndələrinin parlament və prezident seçkilərinin keçirilməsinə hazırlıqla bağlı görüşünün başlamasına bir neçə saat qalmış edilib. Görüş hava limanındakı otellərdən birində keçirilib.

Son xəbərlər

Orphus sistemi