​Somalidə 15 hərbçi terrorçular tərəfindən öldürülüb

​Somalidə 15 hərbçi terrorçular tərəfindən öldürülüb Hücum səhər saatlarında Qunirqud şəhərində baş verib
Digər ölkələr
1 May , 2016 15:56
​Somalidə 15 hərbçi terrorçular tərəfindən öldürülüb

Bakı. 1 May. REPORT.AZ/ "Əş-Şabab" terror qruplaşmasının yaraqlıları Somalinin paytaxtı Moqodişodan şimalda yerləşən Qunirqud şəhərindəki hərbi bazaya hücum edərək 15 hərbçini qətlə yetiriblər.

"Report" xəbər verir ki, bu barədə ordu nümayəndəsi Əbdüllahi Ömər məlumat verib.

" "Əş-Şabab" hərbi bazaya daxil olmaq üçün partlayıcı maddə yerləşdirilən avtomobildən istifadə edib. Partlayış baş verib, ardınca şiddətli döyüş başlayıb. Ən azı 15 əsgər həyatını itirib", - deyə Ömər "Reuters"ə bildirib.

Məlumata görə, ölkə hökuməti şəhər üzərində nəzarəti şənbə günü özünə qaytarıb. Onun sözlərinə görə, bazar günü baş verən atışma zamanı 10-dan çox terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi