Somalidə 100-dən çox terrorçu məhv edilib

Somalidə 100-dən çox terrorçu məhv edilib ABŞ ekstremistlərin düşərgəsinə hava zərbələri endirib
Digər ölkələr
22 Noyabr , 2017 08:32
Somalidə 100-dən çox terrorçu məhv edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın döyüş təyyarələri çərşənbə axşamı Somali ərazisində fəaliyyət göstərən "Əş-Şabab" terror qruplaşmasının təlim düşərgəsinə hava zərbələri endirib. Nəticədə 100-dən çox silahlı məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Afrika Komandanlığı məlumat yayıb.

"Əməliyyat Somali hökuməti ilə əlaqəli şəkildə aparılıb. Zərbə paytaxt Moqadişodan təqribən 201 km. məsafədə yerləşən düşərgəyə endirilib", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi