Şoltsun partiyasının reytinqi aşağı düşüb

Digər ölkələr
  • 05 sentyabr, 2023
  • 14:57
Şoltsun partiyasının reytinqi aşağı düşüb

Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının (SPD) reytinqi 2021-ci il federal seçkilərindən indiyədək ən aşağı səviyyəyə düşüb.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "n-tv" telekanalı məlumat yayıb.

"Forsa"nın sorğusuna əsasən, almanların yalnız 16 %-i hakim koalisiyanın bir hissəsi olan partiyanı dəstəkləyir ki, bu da avqustun sonundakı sorğudan 1 % azdır.

Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial Birliyinin (CSU) müxalifət alyansı 27 % səslə reytinqin birinci pilləsində, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası isə 21 faizlə ikinci yerdə qərarlaşıb.

44 filmi