Şolts “Leopard 2” tankarının Ukraynaya göndərilməsini təsdiqləyib
Digər ölkələr
- 27 mart, 2023
- 20:50
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.
“Report”un “Tagesschau”ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolts Rotterdamda Niderlandın Baş naziri Mark Rutte ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.
“Biz tədarükləri elan edildiyi kimi həyata keçirdik”, - Almaniya hökumətinin başçısı tankların Ukraynaya təhvil verilməsi ilə bağlı mediada yayılan məlumatları şərh edərkən vurğulayıb.
Qeyd edək ki, Ukrayna Almaniyanın vəd verdiyi bütün “Leopard 2” tanklarını alıb.
Xatırladaq ki, daha əvvəl Almaniya mətbuatında ölkənin Ukraynaya “Leopard 2”, Marder döyüş maşınları və əlavə ehtiyat hissələri təhvil verdiyi barədə məlumat yayılıb.
Son xəbərlər
04:11
ABŞ "Lukoil" aktivləri ilə bağlı danışıqlar üçün icazənin müddətini uzadıb
Region03:47
"JP Morgan" neft qiymətlərinin 150 dollara qədər yüksələcəyini proqnozlaşdırıb
Energetika03:15
"Bloomberg": Avropaya dizel yanacağı daşıyan dörd tanker marşrutlarını dəyişib
Energetika02:42
Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları güllələnib
Region02:10
Rusiyanın dövlət borcu 431,8 milyard dollara çatıb
Region01:33
ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir
Digər ölkələr01:24
Foto
FIFA AFFA-ya təşəkkür edib
Futbol01:10
KİV: İordaniya Kralı Netanyahu ilə görüşdən imtina edib
Digər ölkələr00:45