Almaniya 2024-cü il üçün Ukraynaya silah tədarükü və maliyyə yardımına görə 8 milyard avro ayırıb.
"Report" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts iqtisadiyyat naziri Robert Habek və maliyyə naziri Kristian Lindnerlə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edilib ki, Almaniyada olan ukraynalı qaçqınlara yardım üçün daha 6 milyon avrodan çox vəsait ayrılacaq.
“Əgər cəbhədəki vəziyyət pisləşərsə, digər tərəfdarlar Ukraynaya yardımı azaldarsa və ya Almaniya ilə Avropaya qarşı təhlükə artmaqda davam edərsə, biz buna cavab verməli olacağıq”, - o bildirib.
Kansler vurğulayıb ki, Almaniya Avropa Sülh Fonduna maliyyə yardımı ayırıb-ayırmamasından asılı olmayaraq Ukraynaya birbaşa maliyyə və hərbi dəstək verməyə davam edir.