Bakı. 23 aprel. REPORT.AZ/ Solomon Adalarının 158 kilometr cənub-şərqində 6.3 böyüklüyündə zəlzələ meydana gəlib.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytı məlumat yayıb.
Xidmətdən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 72 km dərinlikdə olub.
Ölənlər, xəsarət alanlar, həmçinin dağıntı və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.