SOCAR İrpendəki humanitar liseydə bərpa işlərini başa çatdırıb

SOCAR İrpendəki humanitar liseydə bərpa işlərini başa çatdırıb Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İrpendə görkəmli azərbaycanlı akademik Zərifə Əliyevanın adını daşıyan liseydə izolyasiya işlərini yekunlaşdırıb.
Digər ölkələr
1 Sentyabr , 2023 00:32
SOCAR İrpendəki humanitar liseydə bərpa işlərini başa çatdırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İrpendə görkəmli azərbaycanlı akademik Zərifə Əliyevanın adını daşıyan liseydə izolyasiya işlərini yekunlaşdırıb.

"Report" "UNIAN"a istinadən xəbər verir ki, bununla da binada istilik təchizatı ilə bağlı problemlər həllini tapıb.

Bildirilir ki, binanın fasadı bədii rəsmlərlə - ukraynalılar üçün doğma yurdu simvollaşdıran, sevinc və xoşbəxtlik gətirən qırmızı başınağacı ilə bəzədilib.

"Uşaqlar rahat şəraitdə oxumalıdırlar, ona görə də liseydə izolyasiya işlərini aparmaq qərara alınıb. Biz bununla kifayətlənmək fikrində deyilik, zərər çəkmiş obyektlərin bərpasına köməyi davam etdirəcəyik. SOCAR-ın Ukraynaya və ukraynalılara dəstək verməsi həmişə vacibdir və biz bunu etməkdən məmnunuq”, - SOCAR şəbəkəsinin direktoru İqor Orlov qeyd edib.

Ötən il “SOCAR Energy Ukraine” Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu məktəbi təmir edib və yeni tədris ilinin başlanmasına qədər nəzərdə tutulan bütün işləri başa çatdırıb. Binanın dam örtüyü tamamilə yenilənib, sinif otaqları, həmçinin idman zalı və bomba sığınacağı yenilənib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər görülüb. Həmçinin elektrik enerjisi ilə bağlı problemin həlli məqsədilə ümumtəhsil məktəbi generatorla təmin olunub.

Son xəbərlər

Orphus sistemi