Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir

Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir Naməlum adamlar Sloveniyanın baş naziri Yanez Yanşın xanımı Urşka Baçovnik-Yanşı və onun iki oğlumim ünvanına təhdid dolu məktub göndəriblər
Digər ölkələr
24 Aprel , 2021 00:45
Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir

Naməlum şəxslər Sloveniyanın baş naziri Yanez Yanşın xanımı Urşka Baçovnik-Yanşın və onun iki oğlunun ünvanına təhdid dolu məktub göndəriblər.

“Report” xəbər verir ki, bu barədə Selye şəhərinin siyasətçinin arvadının işə düzəldiyi xəstəxanasına istinadən “Vecer” qəzeti bildirib.

Məktubun dəqiq məzmunu açıqlanmır. Sloveniya polisi artıq təhdidlə bağlı araşdırmaya başlayıb.

Baş nazir Yanez Yanş hadisəni özünün tvitterdəki səhifəsində məktub müəlliflərinə cavabla açıq şəkildə cavablandırıb. “Təhdidlər bizi sarsıda bilməz. Ailəmizi, evimizi və Vətəni qoruyacağıq, heç kimin şübhəsi olmasın”, - deyə Sloveniyanın baş naziri yazıb.

O, sözlərinə hökumət əleyhinə nümayişlərin və müxalifət partiyalarının liderlərinin fotolarını əlavə edib.


 

Son xəbərlər

Orphus sistemi