Sloveniyada Baş nazirin partiyası parlament seçkilərində məğlub olub

Digər ölkələr
  • 25 aprel, 2022
  • 02:58
Sloveniyada Baş nazirin partiyası parlament seçkilərində məğlub olub

Ötən gün Sloveniyada keçirilən parlament seçkilərində Robert Qolobun rəhbərlik etdiyi sol mərkəzçi Azadlıq Hərəkatı Partiyası qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azadlıq Hərəkatı Partiyası 34,54 % səs toplayıb. İkinci yeri 23,53 % səslə Baş nazir Yanez Yanşanın rəhbərlik etdiyi Sloveniya Demokratik Partiyası tutub. Yeni Sloveniya – Xristian Demokratlar Partiyası 6,85 %, Sosial Demokratlar Partiyası 6,65 %, Solçular Partiyası isə 4,48 % səs toplayıb. Qalan partiyalar parlamentə düşmək üçün lazım olan 4 faizlik seçki baryerini aşa bilməyib.

Beləliklə, R.Qoloba partiyası parlamentin aşağı palatasında 90 mandatdan 41-ni əldə edib. Baş nazirin partiyası - 27, Yeni Sloveniya – Xristian Demokratlar Partiyası - 8, Sosial Demokratlar Partiyası - 7, Solçular Partiyası isə 5 yer alıb. Qalan iki mandat İtaliya və Macarıstan milli icmalarının yaşadığı xüsusi rayonlara düşür, onların sahibləri sadə səs çoxluğu ilə müəyyən edilir.

44 - Tezliklə