Sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso müalicə aldığı xəstəxanadan evə buraxılıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
“Baş nazir artıq evdə müalicə alır”, - Bansk-Bistris şəhərində yerləşən xəstəxananın məlumatında bildirilib.
Slovakiya KİV-ləri də öz mənbələrinə istinadən bildirib ki, Baş nazir evə buraxılıb.
Qeyd edək ki, Baş nazirə qarşı sui-qəsd cəhdi mayın 15-də olub. R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra ona atəş açılıb. O, sinə və qarın nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd cəhdi 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.