Yuxarı

​Slovakiyada "Zika" virusuna ilk yoluxma hadisəsi təsdiqlənib

Virus Cənubi Afrikadan qayıdan Slovakiya vətəndaşında aşkarlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Slovakiyada ilk dəfə olaraq, Zika virusuna yoluxma halı təsdiqlənib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Slovakiyanın səhiyyə naziri Viliam Çislak bəyan edib.

Məlumata görə, virus Cənubi Afrikadan qayıdan qadın slovakiyalıda aşkarlanıb.

O, ötən həftə xəstəxanaya yerləşdirilib. Həkimlər onun xəstəliyinin diaqnozunu qoymaqda çətinlik çəkiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi