Slovakiyada qatarların toqquşması zamanı 74 nəfər xəsarət alıb

Digər ölkələr
  • 03 iyun, 2022
  • 22:32
Slovakiyada qatarların toqquşması zamanı 74 nəfər xəsarət alıb

Slovakiyanın Jilinsk əyalətinin Varin və Vrutki yaşayış məntəqələri arasında hərəkət edən sərnişin qatarı dəmiryol lokomotivi ilə toqquşub.

Bu barədə “Report” yerli “Pravda” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, qəza zamanı onlarla sərnişin yüngül və ya orta dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Slovakiya Dəmir Yolu Şirkətinin sözçüsü Tomaş Kovaç bildirib ki, qəza zamanı sərnişin qatarında 80 sərnişin olub.

Qeyd edilir ki, ümumilikdə 74 zərərçəkənə tibbi yardım göstərilib, onlardan 34-ü yaxınlıqdakı xəstəxanalara aparılıb. “Qəza zamanı 59 nəfər yüngül, 11 nəfər orta, 4 nəfər isə ağır xəsarət alıb”, - xəbərdə vurğulanır.