Slovakiyada qatar və yük maşını toqquşub, 7 nəfər yaralanıb

Slovakiyada qatar və yük maşını toqquşub, 7 nəfər yaralanıb Bakı. 11 yanvar. REPORT.AZ/ Slovakiyanın Çadtsa şəhəri ərazisində sərnişin qatarı ilə yük avtomobili toqquşub.
Digər ölkələr
11 Yanvar , 2019 02:40
Slovakiyada qatar və yük maşını toqquşub, 7 nəfər yaralanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Slovakiyanın Çadtsa şəhəri ərazisində sərnişin qatarı ilə yük avtomobili toqquşub.

“Report” xəbər verir ki, bunu respublikanın Yanğın Mühafizə İdarəsinin nümayəndəsi Katarina Krijanova deyib.

"Qatar və Çexiyadan gələn yük maşınının toqquşması siqnalizasiyalı dəmiryolu keçidində baş verib. Qəzadan sonra qatarın vaqonları relsdən çıxıb və yanı üstə yerə düşüb", - deyə "Hlavne Spravy" onun sözlərini sitat gətirib.

İlkin məlumata görə, qatarın 6 sərnişini və yük maşınının sürücüsü yaralanıb.

Hazırda hadisə yerində yanğınsöndürənlən və polis işləyir. Qəza yerində qatar və maşınların hərəkəti müvəqqəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi