Yuxarı

Slovakiyada parlament seçkiləri keçirilir

Ölkənin baş naziri Robert Fitso üçüncü dəfə hökumət başçısı seçilməyə can atır

Bakı. 5 mart. REPORT.AZ/ Slovakiyada parlament seçkiləriylə əlaqədar seçki məntəqələri fəaliyyətə başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ölkənin baş naziri, sosial-demokrat və mülayim millətçi kimi tanınan Robert Fitso üçüncü dəfə hökumət başçısı seçilməyə can atır.

O, seçkiqabağı kampaniya zamanı heç vaxt Avropa İttifaqının miqrantların qəbul edilməsiylə bağlı kvota tətbiq etməsinə razı olmayacağını bildirib.

R.Fitso hesab edir ki, Yaxın Şərqdən olan qaçqın və miqrantların əksəriyyətini təşkil edən müsəlmanlar katolik cəmiyyətə inteqrasiya oluna bilməyəcək və Slovakiyanın milli təhlükəsizliyinə təhlükə yaradacaq.

Onun rəqibləri isə miqrasiya amilinin önəminin həddindən artıq şişirdildiyini iddia edir.

Qeyd edək ki, ötən il ərzində Slovakiya sığınacaq almaq istəyən şəxslərdən 330 ərizə qəbul edib.

Xatırladaq ki, Slovakiya parlamentində 150 deputat təmsil olunur. Seçkilərdə 22 partiya iştirak edir. Deputatların səlahiyyət müddəti isə dörd ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi