Slovakiyada məktəbə atəş açılıb, ölənlər var - TƏFƏRRÜAT - YENİLƏNİB

Slovakiyada məktəbə atəş açılıb, ölənlər var - TƏFƏRRÜAT - YENİLƏNİB Slovakiyada məktəbə hücum hadisəsinin təfərrüatı məlum olub.
Digər ölkələr
11 İyun , 2020 17:19
Slovakiyada məktəbə atəş açılıb, ölənlər var - TƏFƏRRÜAT - YENİLƏNİB

Slovakiyada məktəbə hücum hadisəsinin təfərrüatı məlum olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Vrutki şəhərinin başçısı Branislav Zadarides danışıb.

Onun sözlərinə görə, əvvəllər həmin məktəbdə oxumuş 22 yaşlı kişi bıçaqla Vrutki şəhər məktəbinə soxularaq məktəbin direktorunu öldürüb, təsərrüfat işlər üzrə müdir və iki şagirdi yaralayıb. 

Başçı bildirib ki, gənc əvvəllər bu məktəbdə oxuyub və heç bir problemi olmayıb.

Ölkə paytaxtı Bratislavadan hadisə ilə bağlı Vrutkiyə səfər edən Slovakiya polisinin başçısı Milan Luçanski jurnalistlərə açıqlamasında hadisə zamanı iki polis əməkdaşının ağır yaralandığını bildirib. O, hücum edən şəxsin psixoloji probleminin olduğunu da ehtimal edib.


***15:03

Slovakiyada polis məktəbə hücum edən naməlum şəxsi güllələyərək öldürüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə iyunun 11-də Slovakiyanın şimalında yerləşən Vrutki şəhərində ibtidai məktəblərdən birində baş verib.

Bildirilib ki, hücum edən şəxs məktəbin əməkdaşını güllələyib. O, bıçaqla hücum edərək məktəb direktorunun müavinini öldürüb, direktoru isə yaralayıb. Xüsusi əməliyyat nəticəsində kimliyi açıqlanmayan cinayətkar ölüb.

Son xəbərlər

Orphus sistemi