Slovakiya təmsilçisi Avropa Komissyasının sədri vəzifəsinə namizəd olmaqdan imtina edib

Slovakiya təmsilçisi Avropa Komissyasının sədri vəzifəsinə namizəd olmaqdan imtina edib Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Slovakiya təmsilçisi Maroş Şefçoviç Avropa Sosialistlər Partiyasının vahid namizədi kimi Komissiya sədri vəzifəsinə keçiriləcək seçkidə iştirak etməkdən imtina edib.
Digər ölkələr
6 Noyabr , 2018 15:16
Slovakiya təmsilçisi Avropa Komissyasının sədri vəzifəsinə namizəd olmaqdan imtina edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Slovakiya təmsilçisi Maroş Şefçoviç Avropa Sosialistlər Partiyasının vahid namizədi kimi Komissiya sədri vəzifəsinə keçiriləcək seçkidə iştirak etməkdən imtina edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Avropa Parlamentindəki sosialist qrupundan verilən məlumata görə, M.Şefçoviç öz qərarını partiya rəhbəri Sergey Stanişevə bildirib.

Məlumata görə, daha çox Şərqi və Mərkəzi Avropa ölkələrindən doqquz sol-mərkəzçi partiyanın namizədliyini dəstəkləyən M.Şefçoviçlə oxşar qərarı daha əvvəl Avropa Komissiyasının iqtisadi və maliyyə komissarı Pyer Moskovisi (Fransa) tərəfindən verilmişdi. Beləliklə, Avropa Komissiyası sədri vəzifəsinə sosialistlərin yeganə namizədi partiyanın icra heyətinin sədri, Niderland təmsilçisi Frans Timmermansdır.

Avropa Parlamentindəki "əsas namizəd” qaydasına görə, partiyanın seçki siyahısına başçılıq edən namizəd avtomatik olaraq Avropa Komissiyası sədrliyinə namizəd sayılır. Avropa Komissiyasının hazırkı sədri Jan-Klod Yunkerin səlahiyyəti gələn il noyabr ayında başa çatır.

Son xəbərlər

Orphus sistemi