Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib

Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib Slovakiya prezidenti Zuzana Çaputova ölkənin ilk dörd vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib.
Digər ölkələr
19 İyul , 2022 05:07
Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib

Slovakiya prezidenti Zuzana Çaputova ölkənin ilk dörd vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Martin Strijinets bildirib.

Strijinetsin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciəti nəzərdə tutan 10 ərizədən dördü təmin edilib.

O, həmçinin vurğulayıb ki, Çaputova slovakların müraciətlərinə baxarkən Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin tövsiyələrinə uyğun hərəkət edib.

Slovakiya qanunvericiliyinə əsasən, ölkə vətəndaşları yalnız prezidentin icazəsi ilə başqa dövlətlərin silahlı qüvvələrinə qoşula bilərlər.

İyulun əvvəlində Slovakiyanın Baş naziri Eduard Heqer bildirmişdi ki, ölkəsi Ukraynanı tanklar və MiQ-29 döyüş təyyarələri ilə təmin edə bilər.

Son xəbərlər

Orphus sistemi