Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb

Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) ölkə üzrə 3 000-dən çox seçki məntəqəsi açılıb
Digər ölkələr
13 Noyabr , 2022 10:10
Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb

Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) ölkə üzrə 3 000-dən çox seçki məntəqəsi açılıb.

“Report” xəbər verir ki, prezident seçkilərinin ikinci turuna iki namizəd çıxıb: ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar və bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar.

Sloveniya Mətbuat Agentliyinin Valikon bazar araşdırması şirkəti tərəfindən noyabrın 9-dan 11-dək 1 860 nəfərin iştirak etdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən verdiyi məlumata görə, Pirts-Musar seçicilərin 56 faizinin dəstəyinə ümid edə bilər, Loqar isə seçkilərdə 44 % səs toplaya bilər.

Seçki məntəqələri saat 19:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq.

Son xəbərlər

Orphus sistemi