"Skripal işi" üzrə Rusiyaya sanksiyaların tətbiqi üçün ABŞ Konqresinə qanun layihəsi təqdim olunub

"Skripal işi" üzrə Rusiyaya sanksiyaların tətbiqi üçün ABŞ Konqresinə qanun layihəsi təqdim olunub Sənədin mətnini konqresmenlərin mətbuat xidmətləri yayıb
Digər ölkələr
6 Aprel , 2018 20:37
Skripal işi üzrə Rusiyaya sanksiyaların tətbiqi üçün ABŞ Konqresinə qanun layihəsi təqdim olunub

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın iki konqresmeni Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə dair iş üzrə Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün qanun layihəsi təqdim edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sənədin mətnini konqresmenlərin mətbuat xidmətləri yayıblar. 

Qanun layihəsini Demokratlar Partiyasını təmsil edən Texasdan olan konqresmen Hoakin Kastro və Ohayodan olan respublikaçı konqresmen Mayk Terner irəli sürüb.

Sənəd Sergey Skripal və qızı Yuliyaya edilən hücumun məsuliyyətini daşıyanlara və Rusiya maliyyə institutlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi