Siyarto: Macarıstan NATO sammitində Ukraynaya hərbi yardım missiyasında iştirak etməyəcəyini təsdiq edəcək

Siyarto: Macarıstan NATO sammitində Ukraynaya hərbi yardım missiyasında iştirak etməyəcəyini təsdiq edəcək Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində təşkilatın Ukraynaya hərbi yardım göstərmək məqsədi daşıyan missiyasında iştirak etməyəcəyini təsdiq edəcək.
Digər ölkələr
10 İyul , 2024 04:18
Siyarto: Macarıstan NATO sammitində Ukraynaya hərbi yardım missiyasında iştirak etməyəcəyini təsdiq edəcək

Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində təşkilatın Ukraynaya hərbi yardım göstərmək məqsədi daşıyan missiyasında iştirak etməyəcəyini təsdiq edəcək.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Xarici işlər naziri qeyd edib ki, sammitdə hərbi təchizatların koordinasiyası və Ukrayna hərbçilərinin hazırlanması üçün NATO missiyasının yaradılması ilə bağlı qərarın qəbulu gözlənilir:

“Bizim mövqeyimiz aydındır: biz buna qarışmayacağıq. Bizim hazırkı Baş katib Yens Stoltenberq ilə razılaşmamız var, həmçinin gələcək Baş katibdən Mark Rutte Macarıstanın bunu edə biləcəyinə dair vədi var”.

Nazir əlavə edib ki, Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində tezliklə atəşkəs əldə olunması və Ukraynadakı münaqişənin həlli üçün dinc danışıqların başlanması üçün çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi