Sinqapurda koronavirusa yoluxanların sayı 21 minə çatır

Sinqapurda koronavirusa yoluxanların sayı 21 minə çatır Sinqapurda son sutkada daha 741 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
7 May , 2020 12:08
Sinqapurda koronavirusa yoluxanların sayı 21 minə çatır

Sinqapurda son sutkada daha 741 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Sinqapurda infeksiyaya yoluxanların ümumi sayı 20 930-a çatıb. Koronavirus qurbanlarının sayı isə 20 nəfərdir.

İnfeksiya daşıyıcılarının əksəriyyəti yataqxanada yaşayan xarici ölkələrin vətəndaşlarıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi