Yuxarı
    Bağlamaq

    "Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb

    Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir

    Bakı. 22 iyun. REPORT.AZ/ "Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb. 

    "Report" xəbər verir ki, bu barədə ölkənin Milli Qasırğa Xəbərdarlığı Mərkəzi (NHC) məlumat verib.

    Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir.

    Hazırda "Sindi" Luiziana ştatının cənub-qərb hissəsindədir və saatda 20 kilometr sürətlə şimala doğru hərəkət edir, küləyin sürəti saatda 65 kilometrə çatır. Mərkəzin hesablamalarına görə, siklon sabah səhər saatlarında Arkanzas ştatına çata bilər. Bundan sonra isə fırtına şimal-şərq istiqamətinə - Tennessi və Kentucki ştatlarına doğru hərəkət edəcək.

    Qeyd edək ki, "Sindi" Atlantikada iyundan dekabrın sonuna qədər davam edən fırtınalar mövsümündə ikinci siklondur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi