Misirdə buraxılış məntəqəsinə hücum olub, 10 polis öldürülüb

Misirdə buraxılış məntəqəsinə hücum olub, 10 polis öldürülüb Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib, hüquq-mühafizə orqanlarının 10 əməkdaşı öldürülüb.
Digər ölkələr
5 İyun , 2019 12:23
Misirdə buraxılış məntəqəsinə hücum olub, 10 polis öldürülüb

Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib, hüquq-mühafizə orqanlarının 10 əməkdaşı öldürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə televizyası məlumat yayıb.

Bildirilib ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir. Həmçinin 5 terrorçunun məhv edildiyi deyilir.

Bir müddət əvvəl “Sky News Arabia” Misirin təhlükəsizlik orqanlarına istinadən nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 10-14 nəfərədək məmurun öldüyü barədə məlumat yaymışdı.

Hücumu terrorçu İŞİD qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi