Şimon Peresin dəfn tarixi açıqlanıb

Şimon Peresin dəfn tarixi açıqlanıb İsrailin 9-cu prezidenti ilə dövlət səviyyəsində vida tədbiri sentyabrın 29-da keçiriləcək
Digər ölkələr
28 Sentyabr , 2016 09:39
Şimon Peresin dəfn tarixi açıqlanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ötən gecə vəfat edən İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 30-da dəfn olunacaq. 

"Report" İsrail televiziyasına istinadən xəbər verir ki, 93 yaşında dünyasını dəyişən sabiq prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək. 

Məlumata əsasən, tomoqrafiya yəhudilərin keçmiş liderinin beyninə qan sızmadan öldüyünü göstərib.

Ş.Peresin vəfatı ilə bağlı Təl-Əvivin Ben-Qurion beynəlxalq hava limanı xüsusi iş rejiminə keçib. Hava limanında dəfnlə bağlı İsrailə səfər edəcək dövlət başçıları, jurnalistlər və başqa qonaqlarını qəbul etmək üçün tədbirlər görülüb. Xəbərdə bildirilib ki, hava limanının əməkdaşları üçün ümumi səfərbərlik elan edilib. 

Bundan başqa, hazırda yəhudilərin Roş a-Şana - Yeni il bayramı ərəfəsidir. Sentyabrın 29-da bu münasibətlə ben-Qurion hava limanından 90 min nəfərin istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, İsrailin sabiq rəhbərinin ölüm xəbərinin sentyabrın 28-də gecə saatlarında oğlu Nehemiya Peres Təl-Əviv yaxınlığındakı "telxa-Şomer" klinikasında keçirdiyi mətbuat konfransında açıqlayıb. 

Xatırladaq ki, Ş.Peres karyerasının 70 ili ərzində İsraildə demək olar ki, bütün ali siyasi vəzifələri tutub, o cümlədən üç il baş nazir işləyib, xarici işlər və maliyyə naziri vəzifələrində çalışıb. 1994-cü ildə Fələstin ilə müvəqqəti sülh sazişi əldə edilməsindəki xidmətlərinə görə, Nobel sülh mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi