Şimali Makedoniyada koronavirusa yoluxanların müalicə aldığı xəstəxanada baş verən yanğın nəticəsində azı 30 pasiyent və tibbi heyət ölüb, 20-dən çox insan yaralanıb.
“Report” xəbər verir ki, məlumatı Şimali Makedoniyanın “Kurir” nəşri yayıb.
“İndiyədək yanğından sonra 10 nəfər ölüb. Ancaq sayın arta biləcəyi də istisna edilmir. Bu gün çox məyusedici gündür” - səhiyyə naziri Venko Fillipçe bildirib.
Baş nazir Zoran Zayevin sözlərinə görə isə, yanğın partlayış nəticəsində baş verib.
Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində ən az 10 nəfər ölüb.
"Report" TASS -a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Venco Filipçe öz "Twitter" hesabında bildirib.
"Hazırda yanğında 10 nəfərin öldüyü təsdiqləndi, lakin bu rəqəm arta bilər", - Filipçe yazıb.