Yuxarı

​Şimali Koreyaya ilk dəfə qatarla səyahət elan olunub

Turistlər gəzməyə 1970-ci illərdə istehsal olunan vaqonlarda gedəcəklər

Bakı. 8 iyul. REPORT.AZ/ Şimali Koreyada ilk dəfə olaraq turistlər ölkəni qatarla gəzə biləcək. "Report" "İnterfax"a istinadən xəbər verir ki, məlumatı ölkənin "Koryo Tours" turist firması yayıb. 

Xəbərə görə, qatar bu il oktyabrın 2-də yola düşəcək və həmin ayın 10-da paytaxt Pxenyana qayıdacaq. Səyahətin marşrutu bir neçə yüz kilometrlik olacaq. Turistlər ölkənin şimal-şərqində yerləşən Mehyansan dağına, Hamhung və Çongjin şəhərlərinə səfər edə biləcəklər.

Firma bildirib ki, bir nəfər üçün səyahət 2,8 min avroya başa gəlir və turistlər səyahətə 1970-ci illərdə istehsal olunan vaqonlarda çıxacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi