Şimali Koreyada nüvə proqramı ilə bağlı olan 104 obyekt var

Şimali Koreyada nüvə proqramı ilə bağlı olan 104 obyekt var Şimali Koreyada nüvə proqramı ilə bağlı olan azı 104 obyekt var.
Digər ölkələr
29 Mart , 2019 10:55
Şimali Koreyada nüvə proqramı ilə bağlı olan 104 obyekt var
0 : 00
0 : 00

Şimali Koreyada nüvə proqramı ilə bağlı olan azı 104 obyekt var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu müəssisələr barədə Cənubi Koreya və ABŞ hakimiyyəti məlumata malikdir.

Siyahıdakı obyektlərdən azı 40-nın bağlanacağı qeyd olunub. Onlardan 15-i təhlil və nəzarətedici, 8-i isə uran hasilatı üzrə müəssisədir.

Həmin obyektlər əsasən, Şimali Koreyanın Pxyonan-Pukto əyalətinin Yonbyon rayonunda, eləcə də ölkə paytaxtı Pxenyan ətrafında və Xvanxedo əyalətinin Pxyonsan qəsəbəsində yerləşir.

Cənubi Koreya və ABŞ KİV-də Şimali Koreyanın nüvə obyetkləri barədə belə məlumatlar dəfələrlə dərc edilib. Ancaq onların sayı, adı və yerləşdiyi ərazi barədə məlumat ilk dəfədir açıqlanır. 

Son xəbərlər

Orphus sistemi