Yuxarı

Şimali Koreyalı məmur Avropada itkin düşüb

Bu ilin yanvar-iyul aylarında Şimali Koreyadan 800 vətəndaşı qaçıb

Bakı. 19 avqust. REPORT.AZ/ Şimali Koreyanın valyuta ilə təchizatına məsuliyyət daşıyan məmur Avropada itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, Şimali Koreya Əmək Partiyasının 39-cu bölməsinin əməkdaşıdır. Bu bölmə dünyanın müxtəlif ölkələrində aparılan iqtisadi əməliyyatlardan valyuta ilə daxil olan qazanca məsuldur. 

Avropa ölkələrindən birində iki oğlu ilə birlikdə itkin düşən həmin məmurun həmin ölkə ilə 20 ildir işlədiyi ehtimal edilir. Bu müddət ərzində Şimali Koreya dövlətinin onun nəzarəti altında milyardlarla dolları yoxa çıxıb.

Ümumiyyətlə, Koreya Xalq Demokratik Respublikasının valyuta gəliri mənbəyinin əsasını xaricdə işləyən vətəndaşların göndərdikləri pullar təşkil edir. Onların sayının isə 50-60 min nəfər olduğu bildirilir. Xaricdə işləyən vətəndaşları Şimali Koreyaya hər il təqribən 500 milyon dollar göndərir.

Məlumatda vurğulanıb ki, bu ilin yanvar-iyul aylarında Şimali Koreyadan 800 vətəndaşı qaçıb. Bunun isə ötən ilin uyğun dövrü ilə müqayisədə 15 faiz çox olduğu bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi