Şimali koreyalı işçilər kütləvi surətdə Çini tərk edirlər

Şimali koreyalı işçilər kütləvi surətdə Çini tərk edirlər Proses Pekinin Pxenyana artan təsiri fonunda baş verir
Digər ölkələr
3 Oktyabr , 2017 07:58
Şimali koreyalı işçilər kütləvi surətdə Çini tərk edirlər

Bakı. 3 oktyabr. REPORT.AZ/ Çinə işləməyə gedən Şimali Koreya vətəndaşları Pekinin Pxenyana artan təsiri fonunda evlərinə qayıdırlar.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Renhap" agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Şimali Koreyadan olan işçi qüvvəsinin böyük hissəsi vizalarının müddətini uzada bilməmələri səbəbindən geri qayıdır.

"İlin əvvəlində Dandunda 20 mindən çox şimali koreyalı işçi var idi. Lakin Çinin sanksiyaları sərtləşdirməsindən sonra onların sayı azalıb", - deyə digər mənbə əlavə edib.

Sentyabırn 12-də Pekin KXDR vətəndaşlarına vizaların müddətini uzatmağı qadağan edib, həmçinin yeni viza verilməsi prosesini sərtləşdirib.

Son xəbərlər

Orphus sistemi