Bakı. 16 mart. REPORT.AZ/ Şimali Koreyada məhkəmə dövlət əleyhinə fəaliyyətdə ittiham edilən ABŞ-dan olan tələbini 15 illiyə icbari iş cəzasına məhkum edib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 21 yaşlı amerikalı Otto Vormbir Pxenyanda mehmanxanada olarkən divarda asılmış siyasi məzmunlu plakatı oğurladığını etiraf edib.
Amerikalı tələbə Yeni il bayram ilə əlaqədar Şimali Koreyaya gələn turist qrupunun tərkibində olub. O, 2016-cı il yanvarın 2-də həbs edilib. Maraqlısı budur ki, onu təyyarənin göyərtəsində, hava gəmisi Pekinə yola düşməzdən azacıq əvvəl həbs ediblər.
Fevralın sonunda Vormbir KXDR-in paytaxtında şimali koreyalı və xarici jurnalistlərin önündə çıxış edib. O, siyasi şüarlı plakatı kilsəyə gələnlərdən birinin xahişi ilə oğurladığını bildirib. Tələbənin sözlərinə görə, bunun qarşılığında ona 10 min dollar dəyərində olan istifadə edilmiş avtomobil təklif edilib.