Şimali Koreyada Çinin dərman preparatları və vaksinlərindən istifadə qadağan edilib

Şimali Koreyada Çinin dərman preparatları və vaksinlərindən istifadə qadağan edilib Bununla bağlı Şimali Koreya lideri Kim Çen In sərəncam imzalayıb
Digər ölkələr
20 May , 2021 16:35
Şimali Koreyada Çinin dərman preparatları və vaksinlərindən istifadə qadağan edilib

Şimali Koreyada Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinin istifadəsi qadağan edilib.

“Report” “Asia News”a istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen In sərəncam imzalayıb.

Bildirilib ki, Şimali Koreyanın yüksək vəzifəli şəxslərindən biri Çin istehsalı olan dərman preparatlarından istifadə etdikdən sonra ölüb. Bu səbəbdən Kim Çen In ölkə paytaxtı Pxenyandakı xəstəxanalarda Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinlərdən istifadəni qadağan edib.

Məlumata görə, Şimali Koreya rəhbərliyinin ölkədə hələ də koronavirusa yoluxma hallarının baş vermədiyi iddiaları beynəlxalq qruplar və ictimaiyyət tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi