Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib Ötən il sistemdə aşkar olunan bir sıra nöqsanlar tam aradan qaldırılıb
Digər ölkələr
28 May , 2017 06:19
Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

Bakı. 28 may. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ölkənin yeni hava hücumundan müdafiə sisteminin “uğurlu sınağı”nı izləyib.

“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“İmkanları diqqətlə yoxlamadan keçirilən bu silahlanma sistemi ölkəni meşə kimi örtmək üçün kütləvi şəkildə istehsal olunmalı və düşmənlərin havada ağalıq etməklə bağlı xəyallarını məhv etməlidir”, — deyə “Renxap” Kim Çen Inın sözlərini sitat gətirib.

O qeyd edib ki, ötən il sistemdə aşkar olunan bir sıra nöqsanlar tam aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi