Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib. Yeni silah partlayışdan sonra “supergüclü radioaktiv sunami”yə səbəb ola bilər.
Digər ölkələr
24 Mart , 2023 06:13
Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib. Yeni silah partlayışdan sonra “supergüclü radioaktiv sunami”yə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.

“Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”, - məlumatda bildirilib.

Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.

Son xəbərlər

Orphus sistemi