KXDR Vaşinqtonda qəbul edilmiş NATO sammitinin yekun bəyannaməsini qətiyyətlə pisləyir və bunu qlobal miqyasda yeni soyuq müharibə və hərbi qarşıdurmanı stimullaşdıran proqram hesab edir.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.
Qurum bəyan edib ki, ABŞ-ın hərbi bloku genişləndirmək intriqaları regionda sülhü ciddi şəkildə təhdid edən, beynəlxalq təhlükəsizlik vəziyyətini gərginləşdirən və qlobal silahlanma yarışına səbəb olan ən bədxassəli mənbədir.
“Mövcud vəziyyət ABŞ-ın hərbi bloku genişləndirmək cəhdlərinin qarşısını almaq üçün yeni qüvvələr və cavab üsulları tələb edir. KXDR heç bir halda səssiz qalmayacaq və qarşıdan gələn ciddi təhlükəyə yol verməyəcək, əksinə təcavüz və müharibə təhlükəsini hərtərəfli cilovlayacaq, daha güclü strateji reaksiya ilə regionda və dünyada sülh və təhlükəsizliyi qoruyacaq”.