Şimali Koreya liderinin qardaşı oğluna MKİ himayədarlıq edəcək

Şimali Koreya liderinin qardaşı oğluna MKİ himayədarlıq edəcək Xatırladaq ki, Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.
Digər ölkələr
23 Noyabr , 2020 14:23
Şimali Koreya liderinin qardaşı oğluna MKİ himayədarlıq edəcək
Kim Çen In

Şimali Koreya lideri Kim Çen Inın öldürülmüş ögey qardaşı Kim Çon Namın 24 yaşlı oğlunun təhlükəsizliyini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) təmin edəcək.

“Report” xəbər verir ki, bu bardədə “New Yorker” dərgisi məlumat yayıb.

Qeyd edək ki, Kim Çen Inın qardaşı Kim Çon Nam Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında Şimali Koreyanın xüsusi xidmət orqanının iki əməkdaşı tərəfindən 2017-ci ilin fevralında zəhərlənərək öldürülüb.

Xatırladaq ki, Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.

Xəbərlərə görə, o, varisliyə namizəd sayılıb. 2015-ci ildə ölkədən qaçıb.

Son xəbərlər

Orphus sistemi