Şimali Koreya lideri ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir

Şimali Koreya lideri ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir “Bizə xarici əlaqələrimizi genişləndirib, inkişaf etdirmək lazımdır”.
Digər ölkələr
8 Yanvar , 2021 14:13
Şimali Koreya lideri ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir
Kim Çen In

“Bizə xarici əlaqələrimizi genişləndirib, inkişaf etdirmək lazımdır”.

“Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In Əmək Partiyasının qurultayındakı məruzəsində bildirib.

O, Şimali Koreyanın başqa dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb. Kim Çen In bunu yaranmış şəraitlə əlaqələndirib və yeni dövrün tələb etdiyini söyləyib.

Şimali Koreyanın lideri münasibətləri və əlaqələri yaxşılaşdırmaq istədikləri dövlətlərin adlarını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi