Şimali Koreya hər həftə raket sınağı keçirəcəyini bəyan edib

Şimali Koreya hər həftə raket sınağı keçirəcəyini bəyan edib XİN: "Total müharibə" reallığa çevrilə bilər"
Digər ölkələr
18 Aprel , 2017 04:54
Şimali Koreya hər həftə raket sınağı keçirəcəyini bəyan edib

Bakı. 18 aprel. REPORT.AZ/ Şimali Koreya raket sınaqlarını davam etdirəcək.

"Report" xəbər verir ki, bunu bazar ertəsi ölkənin xarici işlər nazirinin müavini Xan Son Ryol BBC-yə müsahibəsində deyib.

"Biz bundan sonra da həftəlik, aylıq və illik əsasda raket sınaqlarını davam etdirəcəyik", - deyə o əlavə edib.

Nazir müavini, həmçinin qeyd edib ki, ABŞ məsələnin hərbi yolla həlli variantını seçərsə, "Total müharibə" reallığa çevrilə bilər".

"Əgər Birləşmiş Ştatlar hərbi vasitədən istifadə etmək üçün kifayət qədər ağılsız hərəkət etsə, oyunun ilk günündə bu total müharibə anlımana gələcək", - deyə KXDR-inn XİN müavini bildirib.

Son xəbərlər

Orphus sistemi