Şimali Koreya ABŞ-la danışıqlar aparmaqdan imtina etdi

Şimali Koreya ABŞ-la danışıqlar aparmaqdan imtina etdi Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la danışıqlar masasına oturmaq niyyətində deyil.
Digər ölkələr
322
7 İyul , 2020 05:16
Şimali Koreya ABŞ-la danışıqlar aparmaqdan imtina etdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la danışıqlar masasına oturmaq niyyətində deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla KXDR-in Xarici İşlər Nazirliyinin department rəhbəri Kvon Çon Qın çıxış edib.

"Bəziləri Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin başçısının birinci müavininin mətbuat üçün bəyanatını eqoistcəsinə ABŞ-ın hərəkət etməsinə təsir və ya güzəştlərin hansısa bir tələbi kimi izah edirlər”, - diplomatın bəyanatında deyilir. “Yenə aydın şəkildə bildiririk: biz ABŞ-la bir masa arxasında oturmaq niyyətində deyilik",- bəyanatda qeyd edilir.

Kvon Çon Qının bəyanatı "Koreya Xalq Demokratik Respublikasının ABŞ-la danışıqları vaxtı vasitəçilikdə öz səylərinin dəyişməzliyini bütün vaxt ərzində uca səslə bildirən" Cənubi Koreyanın ünvanına səsləndirilib.

Diplomat hesab edir ki, bu halda belə hərəkətlər yalnız iki Koreya ölkəsi arasında münasibətləri daha pis vəziyyətə gətirərək pozur.