Şimali İrlandiyada, Belfastda yeni qarışıqlıqlar nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın bu inzibati-siyasi hissəsinin polisi tərəfindən yayılmış xəbərdə deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ictimai asayişin pozulmaları şəhərin müxtəlif hissələrində qeydə alınıb, həmçinin Nors-kvin küçəsində. "Nors-kvin küçəsində qarışıqlıqlar nəticəsində 14 polis əməkdaşı yaralanıb və bununla da xəsarət alan polislərin ümumi sayı 88 nəfərə çatıb", - rəsmi məlumatda qeyd edilir.
Bildirilir ki, nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına içində yandırıcı qarışığın oduğu butulkalar, kərpiclər atıblar. Onlar bir neçə avtomobil oğurlamağa çalışıblar. Bir hadisədə nümayişçilər buna müvəffəq olublar və aksiyaçılar maşını yandıraraq onu polislərə tərəf buraxıblar.
Qarışıqlıqlarla əlaqədar 14 yaşlı üç yeniyetmə saxlanılıb, lakin onlar sonra sərbəst buraxılıblar.