Siciliyada mafioz klanın 20-dən çox üzvü yaxalanıb

Siciliyada mafioz klanın 20-dən çox üzvü yaxalanıb Onlardan biri klan rəhbərinin sağ əlidir
Digər ölkələr
12 Noyabr , 2017 11:52
Siciliyada mafioz klanın 20-dən çox üzvü yaxalanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Siciliyada hüquq-mühafizə orqanları və güc strukturları "Santapaola-Ercolano" mafioz qruplaşmasının 24 üzvünü saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Bildirilir ki, mafiozlar Kataniya şəhərində fəaliyyət göstəriblər. Onlardan birinin klanın rəhbəri, 51 yaşlı Antonio Tomazellonun sağ əli olduğu qeyd edilir.

Bundan əlavə, bildirilir ki, artıq müstəntiqlər qruplaşmanın həbs edilmiş yeddi üzvünə qarşı ittihamlar irəli sürüblər.

Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndirilirlər.

Xatırladaq, daha əvvəl İtaliyada "Sacra corona unita"ın cinayətkar qruplaşmasının 50 üzvü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi