Si Cinpin Lukaşenko ilə görüşüb

Si Cinpin Lukaşenko ilə görüşüb Çin Sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Digər ölkələr
4 Dekabr , 2023 09:23
Si Cinpin Lukaşenko ilə görüşüb

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Pekində baş tutan görüşün digər təfərrüatları barədə məlumat verilməyib.

Daha əvvəl “BelTA” agentliyi Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər vermişdi ki, A.Lukaşenko dekabrın 3-4-də Çinə səfər edəcək və orada Si Cinpinlə görüşəcək. Danışıqların gündəliyinə ticari-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir. Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir.

Son xəbərlər

Orphus sistemi