Si Cinpin: "Koronavirusa qarşı tədbirlər səmərəsini verir"

Si Cinpin: "Koronavirusa qarşı tədbirlər səmərəsini verir" Çində koronavirusla bağlı profilaktika və nəzarət tədbirləri müəyyən müsbət nəticələr verməyə başlayıb.
Digər ölkələr
5 Fevral , 2020 20:08
Si Cinpin: Koronavirusa qarşı tədbirlər səmərəsini verir

Çində koronavirusla bağlı profilaktika və nəzarət tədbirləri müəyyən müsbət nəticələr verməyə başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində səfərdə olan Kambocanın baş naziri Hun Senlə görüşü zamanı bildirib.

“Hazırda Çin hökuməti və xalqı yeni tip koronavirusun törətdiyi pnevmoniyanın yayılmasına qarşı əllərindən gələn hər şeyi edir. Öz xalqına və beynəlxalq birliyə qarşı məsuliyyət hiss edən Çin Kommunist Partiyası, hökumətimiz profilaktika və nəzarətlə bağlı ən ciddi tədbirlər görüblər”, - deyən dövlət başçısı görülən tədbirlərin artıq müsbət nəticələr verdiyini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi