Praqadan Seula uçan təyyarə yanacaq sızması səbəbindən geri qayıdıb

Praqadan Seula uçan təyyarə yanacaq sızması səbəbindən geri qayıdıb Bakı. 24 fevral. REPORT.AZ/ Çexiyanın CSA aviaşirkəti Seula uçan təyyarəni yanacaq sızması səbəbindən Praqaya geri qaytarıb.
Digər ölkələr
24 Fevral , 2019 15:30
Praqadan Seula uçan təyyarə yanacaq sızması səbəbindən geri qayıdıb

Bakı. 24 fevral. REPORT.AZ/ Çexiyanın CSA aviaşirkəti Seula uçan təyyarəni yanacaq sızması səbəbindən Praqaya geri qaytarıb.

“Report” xəbər verir ki, "Airbus A330" tipli təyyarə bazar gününə keçən gecə Praqa - Seul reysini həyata keçirib.

Üç saatlıq uçuşdan sonra təyyarədə yanacaq sızması aşkar edilib və layner geri qayıtmaq məcburiyyətində qalıb.

"Pilot təyyarəni Kazan üzərində geri döndərib və Praqa aerodromuna istiqamət alıb. Sərnişinlərdən heç kim zərər çəkməyib, təyyarə texniki baxışa yollanıb", - deyə Vatslav Qavel adına hava limanının nümayəndəsi Roman Patsvon bildirib.

Praqa aerodromu növbədənkənar qəza enişinə və təyyarənin yay uçuş-eniş zolağına yanacaq dağıtdığına görə müvəqqəti olaraq bağlanıb.

Aeroport Edinburqdan gələn reysi qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi