Səudiyyə şahzadəsi saxlanıldıqdan sonra "21st Century Fox"dakı payını satıb

Səudiyyə şahzadəsi saxlanıldıqdan sonra "21st Century Fox"dakı payını satıb Onun digər aktivləri sırasına "Twitter", "Disney", "Lyft" və "Citigroup"dəki səhmlər daxildir
Digər ölkələr
9 Noyabr , 2017 03:59
Səudiyyə şahzadəsi saxlanıldıqdan sonra 21st Century Foxdakı payını satıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Anti-korrupsiya əməliyyatı zamanı saxlanılan Səudiyyə Ərəbistanı milyarderi şahzadə Əl-Vəlid (əl-Vəlid bin Talal bin Əbdül Əziz əl Səud) "21st Century Fox" şirkətindəki payını satıb.

“Report” xəbər verir ki, o, təqribən 20 il amerikalı mediamaqnat Rupert Merdoka məxsus holdinqdə böyük səhmdar olub.

"Bloomberg" yazır ki, "21st Century Fox"dakı pay Əl-Vəlidin "Kingdom Holding Co" şirkətinin aktivi idi. Onun digər aktivləri sırasına "Twitter", "Disney", eləcə də, "Lyft" və "Citigroup"dakı səhmlər daxildir.

Əl-Vəlid saxlanıldıqdan sonra "Kingdom Holding Co" səhmlərinin dəyərinin düşməsi səbəbindən 1,22 mlrd. dollar itirib.

Son xəbərlər

Orphus sistemi