Səudiyyə məhkəməsi "Bin-Laden Group"a bəraət verdi

Səudiyyə məhkəməsi "Bin-Laden Group"a bəraət verdi Səudiyyə Ərəbistanı məhkəməsi 2015-ci ildə Məkkədə tikinti kranın aşmasında ittiham olunan “Bin Laden Group”a bəraət verib.
Digər ölkələr
10 Dekabr , 2020 13:13
Səudiyyə məhkəməsi Bin-Laden Groupa bəraət verdi

Səudiyyə Ərəbistanı məhkəməsi 2015-ci ildə Məkkədə tikinti kranının aşmasında ittiham olunan “Bin Laden Group”a bəraət verib.

“Report” xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, kran əlverişsiz hava şəraiti səbəbindən aşıb və buna görə şirkət heç bir məsuliyyət daşımır.

Qeyd edək ki, 2015-ci il sentyabrın 11-də nəticəsində 107 nəfər dünyasını dəyişib, 238 nəfər yaralanıb. Kranın aşmasına güclü yağış və küləyin səbəb olduğu ehtimal edilirdi.

Məkkədə yerləşən Məscidül-Həramda zəvvarların üzərinə aşan qaldırıcı kran "Saudi Bin Laden Group" inşaat konqlomeratının idarə etdiyi alman şirkətinə məxsusdur.

Üsamə bin Ladenin ailəsinə məxsus olan "Saudi Bin Laden Group" Məscidül-Həramın ərazisinin genişləndirilməsi üzrə 14 milyard dollar dəyərində olan layihəni həyata keçirib.

"Saudi Bin Laden Group" 1931-ci ildə terrorçu Üsamə bin Ladenin atası Məhəmməd bin Laden tərəfindən təsis olunub. Şirkət Səudiyyə Ərəbistanında çoxlu sayda tikinti müqavilələri imzalayıb.

Son xəbərlər

Orphus sistemi