Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanının kralı korrupsiyaya qarşı mübarizə kampaniyasını elan edib

    Krallığın məsul orqanları həbslərlə bağlı silsilə kampaniyalar keçirəcək

    Bakı. 5 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud hökumət strukturlarda sui-istifadələrə səbəb olan korrupsiyaya qarşı genişmiqyaslı kampaniyanın başlandığını elan edib.

    "Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Monarxın sözlərinə görə, krallığın məsul orqanları "maliyyə fırıldaqlarındə və hakimiyyətdən sui-istifadə etməkdə ittiham edilənlərin tutulması üzrə silsilə kampaniyalar keçirəcək.

    Noyabrın 4-də həmin gün yaradılmış Korrupsiyayla Mübarizə üzrə Ali Komitə hakim ailədən 11 şahzadəni, həmçinin bir neçə istefada olan, eləcə də hazırda vəzifədə olan naziri saxlayıb.

    Daha əvvəl Səudiyyə kralı İqtisadiyyat, Milli Qvardiya nazirliklərinə və ölkənin Hərbi Dəniz Qüvvələrinə yeni rəhbərlər təyin edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi