Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün xələf axtarır

Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün xələf axtarır Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə Məhəmməd bin Salman əs-Səud üçün xələf axtarır.
Digər ölkələr
18 Oktyabr , 2018 13:51
Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün xələf axtarır
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə Məhəmməd bin Salman əs-Səud üçün xələf axtarır.

“Report” “Le Figaro”ya istinadən xəbər verir ki, Parisdəki diplomatik mənbəyə görə, bu addım jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra kral ailəsinə artan təzyiqlərlə bağlıdır. Belə ki, mənbənin sözlərinə görə, kral ailəsinin 7 əsas nəslin ağsaqqallarından ibarət “Aqillər məclisi” neçə gündür qapalı iclas keçirir. Bir çox ekspertlər həmin məclisin şahzadə üçün xələf təyin edəcəyi qənaətindədir. Belə bir xələf olmağa əsas namizəd kimi ötən həftə səfir işlədiyi ABŞ-dan vətənə qayıdan şahzadənin kiçik qardaşı 30 yaşlı Xalid bin Salmanın adı hallanır.

“Xalid bin Salman müavin təyin olunsa, Məhəmməd bin Salman əs-Səudun dərhal olmasa da, yola salınacağı deməkdir. Beləliklə,  Salmanlar nəsli hakimiyyətdə qalacaq və bu da indiki kralın öncül məqsədidir”, - Parisdəki mənbə “Le Figaro”ya bildirib.

Son xəbərlər

Orphus sistemi