Səudiyyə Ərəbistanında zəvvarların avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr
- 27 mart, 2023
- 21:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasına əyləc sistemindəki nasazlıq səbəb olub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürən göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.
Son xəbərlər
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol
23:32
NYT: ABŞ dizel tədarükünə görə RBİF-dən sanksiyaların götürülməsini müzakirə edir
Digər ölkələr
23:29
Vuçiç: Serbiyanı çətin dövr gözləyir
Digər ölkələr