Səudiyyə Ərəbistanında məsciddə partlayış törədilib, üç nəfər ölüb - VİDEO - YENİLƏNİB

Səudiyyə Ərəbistanında məsciddə partlayış törədilib, üç nəfər ölüb - VİDEO - YENİLƏNİB Partlayış və ondan sonrakı atışmada 7 nəfər xəsarət alıb
Digər ölkələr
29 Yanvar , 2016 15:53
Səudiyyə Ərəbistanında məsciddə partlayış törədilib, üç nəfər ölüb - VİDEO - YENİLƏNİB

Bakı. 29 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkənin şərqində yerləşən əl-Ahsa şəhərindəki məsciddə partlayış törətməkdə şübhəli bilinən bir nəfəri həbs edib.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, partlayış və ondan sonrakı atışmada 7 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçu-kamikadzelərdən biri özünü düz məscidin yanında partlada bilib.

*** 14:39

Səudiyyə Ərəbistanının şərqindəki əl-Ahsa şəhərində məsciddə partlayış törədilib.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı üç nəfər ölüb.

Partlayışdan sonra hadisə yerində atışma səslərinin gəldiyi xəbər verilir.

Son xəbərlər

Orphus sistemi